Suriya dövlət mediası - İsrail Suriyanın iki hava limanına hava hücumu həyata keçirib
Suriya dövlət mediası - İsrail Suriyanın iki hava limanına hava hücumu həyata keçirib

Suriya dövlət mediasının məlumatına əsasən, İsrail Suriyanın iki hava limanı istiqamətində hava zərbəsi endirib. Nəticədə iki nəfər ölüb.

Suriya xəbər agentliyi hücumun Dəməşq və Hələb beynəlxalq hava limanlarına həyata keçirildiyini bildirir.

BBC-nin məlumatına görə, Dəməşq və Hələb hava limanları təkcə mülki aviasiyaya deyil, həm də İran üçün tranzit məntəqələri olduğu bildirilən hərbi bazalara xidmət edir.