Strasburq Məhkəməsi 2012-ci ilə qədər baş verən yanlış rəftar faktları ilə bağlı Avropa Konvensiyasının pozuntularını təsdiqlədi.
Bu barədə məlumatı Ədliyyə Nazirliyi yayır. 2019-cu ilin fevralın 21-də Strasburq Məhkəməsi iki yeni faktla bağlı qərar verdi.
“Qablişvililər və digərləri Gürcüstana qarşı” adlı işdə Konvensiyanın 3-cü maddəsinin pozulduğu aşkarlandı.
“Manukyan Gürcüstana qarşı” adlı işdə isə, konvensiyanın 13-cü maddəsinin pozulduğu.
Qabliaşvilərin işi 2009-cu ilin may ayında, məhbusların həbsxanadan qaçmaq cəhdindən sonra, həbsxanada məhbuslara qarşı qəddar rəftarla bağlıdır.
Avropa məhkəməsi zərər görən Giorgi Qabliaşviliyə, Romik Kasyanova və Zurab Qaçeçiladzeyə mənəvi zərərin kompensasiyası üçün, dövlət tərəfindən 3000 avronun ödənilməsi gərəkdiyi barədə qərar verdi.
Manukyanın işi də 2008-ci ilin yanvar ayında təcridxana müəssisəsindəki qəddar rəftar faktı ilə bağlıdır. Strasburq məhkəməsi ona kompensasiya olaraq, 3 500 avronun verilməsi barədə qərar verdi.