Statusu dayandırılan tələbələrə dəstək məqsədi ilə, parlament binasının yanında aksiya-performans keçirildi
“Xalq üçün” hərəkatının lideri Anna Dolidze “Tərəqqinin mərkəzi” adlı təşkilatla bərabər, parlament binasının yanında aksiya-performans keçirdi.
“Maddi krizisə görə statusu dayandırılan tələbələrin sayı Gürcüstanda tarixi maksimuma çatıb. 76 min tələbə ali təhsilsiz qalır. Pandemiya nəticəsində yaranan maddi çətinliklərə görə, onların statusları əlindən alınır. Bir ay bundan öncə bu məsələnin həlli üçün parlamentin təhsil komitəsinə müraciət etdim, ancaq, təəssüf ki, bu binanın içindəkilər, orada qapanıblar. Bugünə qədər cavab ala bilmədik.
Bugünki tələbimiz odur ki, komitə tərəfindən yanvarın 18-də keçirilən iclasda biz də iştirak edək və məsələ ilə bağlı ciddi müzakirələr aparılsın.
Əgər söhbət demokratiyadan gedirsə, tələbələrə və professorlara o iclasda iştirak etmək üçün izin verilməlidir” – dedi Anna Dolidze.