Sovet işğalının 100-cü ildönümü ilə bağlı Milli Arxivin veb-səhifəsində onlayn-sərgi keçirildi
Sovet işğalının 100-cü ildönümü ilə bağlı Milli Arxivin veb-səhifəsində onlayn-sərgi keçirildi

Bolşeviklər tərəfindən müstəqil Gürcüstanın işğal edildiyi günün, 2021-ci ilin fevralın 25-də, 100-cü ildönümüdür.

Bu faciəli tarixə Gürcüstanın Ədliyyə Nazirliyinin milli arxiv veb-səhifəsində açılan sərgi həsr olunur.

Sərgidə keçmiş hadisələrlə bağlı unikal məlumat verən arxiv materialları təqdim olunur.  Onların arasında iqtidar nümayəndələrinin məktubları, xalqa müraciətləri və fotolar var.

Sərgi eksponatlarının bir hissəsindən multimediya səhifəsi yaradılıb və onu  burada görə bilərsiniz.