Şota Rexviaşvili bəyan edir ki, Bolnisi munisipalitetinin Xatisopeli, Muşevani və Vanati kəndləri müvəqqəti olaraq, bağlandılar
Kvemo-Kartlinin qubernatoru Şota Rexviaşvili bəyan edir ki, Bolnisi munisipalitetində son 24 saat ərzində, koronavirusun 19 halı qeydə alındı.
Şota Rexviaşvilinin dediyinə görə, təsdiqlənən halların yayılmasının mənbəyi məlum deyil.
“Məcburən Muşevan, Xatisopeli və Vanati kəndlərini bağlamalı olduq. Bu kəndlərdə infeksiyaya yoluxanlar ailə klasterləridir. Hazırda orda epidemioloqlar qrupu işləyir. İnsanlara müraciət edirik ki, bu məhdudiyyətlərə məsuliyyətlə yanaşsınlar və evdə qalsınlar” – dedi Şota Rexviaşvili.
Şota Rexviaşvilinin dediyinə görə, Tetritskaro munisipalitetində də bir tibb bacısı xəstələnib və müəyyən simptomlara görə, klinikaya müraciət edib.