Muşevani kəndində yaşayan dörd nəfərdə koronavirus təsdiq olundu
Muşevani kəndində yaşayan dörd nəfərdə koronavirus təsdiq olundu

Bu gün səhər alınan laboratoriya nəticələri ilə, Bolnisi munisipalitetinin Muşevani kəndində yaşayan dörd nəfərdə koronavirus təsdiq olundu.

Virusu təsdiq olunan üç nəfərə testi kənddə epidemiloqlar dünən etdilər. Biri isə, ötən günləri virusa yoluxmuş yaxını ilə klinikaya aparılmışdı. Analizi məhz burada götürüldü.

Müvafiq olaraq, onların yoluxma mənbəsi məlumdur və bu vaxta qədər təsdiq olunan halların kontaklarıdırlar.

Yoxlama üçün laboratoriyaya cəmi 97 test göndərilmişdi. Buradan 88 test Muşevani kəndindən idi, doqquzu isə, Bolnisidən.

Bu vaxt üçün, Muşevani ilə bağlı koronavirusun 54 təsdiq olunmuş halı qeydə alınır. Burada 25 apreldən sonra sərt karantin rejimi qüvvədədir.

Bolnisidə koronavirusun 160 təsdiq olunmuş halı var, 66 nəfər sağalıb, üçü vəfat edib.