Boçorişvili Klinikasının koronavirusa yoluxan altı yeni pasiyentdən üçü Bolnisi klasterindəndir, üçü isə, karantin məkanından
Boçorişvili Klinikasının koronavirusa yoluxan altı yeni pasiyentdən üçü Bolnisi klasterindəndir, üçü isə, karantin məkanından

Boçorişvili Klinikasında koronavirusa yoluxan 43 pasiyent müalicə olunur.

Klinikanın qəyyumlar şurasının rəhbəri, Maka Soloğaşvilinin bəyan etdiyinə görə, 43 pasiyentdən 10-u 18 yaşınadəkdir.

Bununla yanaşı, reanimasiyaya iki pasiyent yerləşdirilib.

“Son 24 saat ərzində altı yeni pasiyentimiz var, buradan üçü Bolnisi klasterindəndir, üçü isə, karantin məkanından. Birindən başqa pasiyentlərin hamısının vəziyyəti qənaətbəxşdir. Qeyd olunan pasiyentin vəziyyəti elə başdan ağır idi və reanimasiyaya yerləşdirildi”, – Soloğaşvili bəyan etdi.

Bundan başqa, onun dediyinə görə, klinikada dörd pasiyentin sağalmasını gözləyirlər, onlara təkrar test ediləcək.