Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, son 24 saat ərzində aşkar olunan 11 yeni haldan doqquzu Bolnisi ilə əlaqədardır və hamısının yoluxma mənbəsi məlumdur
Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, son 24 saat ərzində aşkar olunan 11 yeni haldan doqquzu Bolnisi ilə əlaqədardır və hamısının yoluxma mənbəsi məlumdur

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, hazırda kovid-mərkəzlərdə 226 pasiyent müalicə olunur, sağalan pasiyentlərin sayı isə, 475-i təşkil edir.

Müvafiq olaraq, Ezuqbaiyanın dediyinə görə, sağalanların sayı bu mərhələdə müalicə altında olanların sayından artıqdır.

“Dünən səhərin göstəriciləri ilə 702 təsdiq olunmuş hal var idi. 11 hal artdı və hazırda 713 təsdiq olunmuş hal var. Sağalanların sayı 456 idi. 19 pasiyent sağaldı və hazırda 475 sağalan pasiyent var. Hazırda kovid-mərkəzlərdə 226 pasiyent müalicə olunur. Sağalanların sayı bu mərhələdə müalicə altında olanpasiyentlərin sayından artıqdır”, – Ezuqbaiya bəyan etdi.

Son 24 saat ərzində aşkar olunan 11 yeni hala gəldikdə, Ezuqbaiyanın dediyinə görə, hamısının yoluxma mənbəsi məlumdur.

“11 yeni aşkar olunan halın demək olar, hamısının yoluxma mənbəsi məlumdur. 11 yeni haldan doqquzu Bolnisi ilə əlaqədardır – Qeta və Muşevani kəndinin təsdiq olunmuş halıdır. Bunlar təsdiq olunmuş halların kontaktlarıdırlar. İki hal daha yeni təsdiq olunan hallardandır. Bu, evdə izolasiyada olan iki pasiyentdir”, – Ezuqbaiya bəyan etdi.