Sopho Kiladze - Prezidentin qərarı ilə razılaşmırıq, amma bu geriyə qaytara bilməyəcəyimiz bir qərar idi
Biz keçmişdə də dəfələrlə demişik ki, prezidentin müəyyən əfvləri, qalmaqallı əfvləri ilə razılaşmırdıq, düşünürəm ki, bu halda da belə bir vəziyyətlə qarşı-qarşıyayıq”- bu barədə parlament çoxluğunun üzvü Sopho Kiladze , Qiqi Uqulava və İrakli Okruaşvilinin əfv edilməsi məsələsi ilə əlaqədar bildirib.
Onun sözlərinə görə, hökumət tərəfindən bu insanların günahkar olduğu dəfələrlə qeyd olunub və bu məhkəmənin həbs-qətimkan tədbiri ilə təsdiqlənib.
“Biz dəfələrlə bu insanların günahkar olduqlarını bildirmişik. Bu məhkəmənin qüvvəyə minmiş həbs-qətimkan tədbiri ilə təsdiqlənir. Bu insanlar siyasi məhbus deyillər. Xanım Salome bu qərarı verib.Biz razılaşmırıq, lakin bu elə bir qərar idi ki , nə biz, nə də xanım Salome geriyə qaytara bilməzdi. Fikrimizi seçkiləri ölkəmizə layiq bir şəkildə keçirməyə cəmləşdirsək daha yaxşıdır. Bununla “Milli Hərəkat” bu barədə spekulyasiya edə bilməyəcək, deyək ki, siyasi məhbusların tutulması və s. gələcəkdə bunu da edə bilməyəcək. Verilən qərarların nə qədər təəssüfdoğurucu olmasından asılı olmayaraq, indi diqqətimizi gələcəyə yönəltsək daha yaxşıdır “-deyə Sopho Kiladze bildirib.
Gürcüstan Parlamentinin İnsan Hüquqları Komitəsinin sədri ,Qiorqi Ruruanın sərbəst buraxılması ilə bağlı müxalifətin tələbinə də münasibət bildirib.
Hazırladı-Sevinc Mustafayeva