Sofo Kiladze - həddini aşmış azart oyunlarına görə biz insanları itiririk
Sofo Kiladze - həddini aşmış azart oyunlarına görə biz insanları itiririk

Biz həddini aşmış azart oyunlarına görə insanları itiririk, – bu haqqda insan haqqları müdafiəsi komitəsinin sədri Sofo Kiladze Samebanın Gənclər Mərkəzində bəyan etdi. Burada da azart oyunları haqqında qanunlayihəni müzakirə edirlər.

Onun dediyinə görə, azart oyunları qurbanı olan insanlara görə məsuliyyəti üzərinə dövlət götürməlidir.

“Hər birimizin ətrafında azart oyunları qurbanı olan insan var və buna görə məsuliyyəti üzərinə məhz dövlət götürməlidir. Bu həddini aşmış azart oyunlarına görə biz insanları itiririk, çünki onlar daimə düşünürlər ki, pulu haradan gətirsinlər. Buna görə, bizə müxtəlif kampaniyalar və sözsüz ki, mediyanın aktiv fəallığı lazımdır. Həmçinin vacibdir ki, azart oyunları haqqında qanunlayihəni vaxtında qəbul etsinlər. Komitəmiz bunu mütləq dəstəkləyəcək”, – Sofo Kiladze bəyan etdi.

Azart oyunlar haqqında qanunlayihə parlamentə artıq daxil olub.

Qanunlayihəyə uyğun olaraq azart oyunlarına icazə 18 əvəzinə 21 yaş olacaq.