Sopo Kiladze - hər şeyi edirik ki, ABŞ ilə strateji partnyorluğu qoruyub saxlayaq və daha da dərinləşdirək
Sopo Kiladze - hər şeyi edirik ki, ABŞ ilə strateji partnyorluğu qoruyub saxlayaq və daha da dərinləşdirək

Hər şeyi edirik ki, ABŞ ilə strateji partnyorluğu qoruyub saxlayaq və daha da dərinləşdirək, – bu barədə Parlament çoxluğunun üzvü, Sopo Kiladze hökumət və “Çartvel Strateji Qrup” lobistik şirkəti ilə əməkdaşlığın bərpası barəsində verilən suala cavab olaraq bəyan etdi.

Sopo Kiladzenin dediyinə görə, ABŞ və Gürcüstan arasında əlaqələr çöx önəmli və sıx mərhələdədir.

“Deyə bilərəm ki, ABŞ ilə ötən illərdə bu cür sıx əlaqələrimiz olmayıb. Təbiidir ki, əlaqələrimizin daha da dərinləşdirilməsi üzərində işləyəcəyik. Yeni səfir gəldi və hər şeyi edirik ki, ABŞ ilə strateji partnyorluğu qoruyub saxlayaq və daha da dərinləşdirək”, – Kiladze bəyan etdi.