SkySports.it - gürcü Messisinin: Ğazaişvilinin Estoniyaya qarşı möhtəşəm qolunu təqdim edirik (video)

İtalyan SkySports.it-in vebsəhifəsi Vako Ğazaişvilinin Estoniyaya qarşı vurulan qola əks səda verdi və Ğazaişvilini “Gürcü Messisi” adlandırdı.

“Messi İspaniyaya qarşı tamaşaçı kimi idi? Problem deyil. Gürcü futbolçusu Estoniyaya qarşı möhtəşəm qolu vurdu. Vako Ğazaişvili Amerika Birləşmiş Ştatlarında oynayır. Bu zarafat deyil – onun qolunu gördükdə hamının yadına Leo Messi gəlir”, – SkySports yazır.

Nəşr həmçinin yazır ki, 1993-cu ildə anadan olan Ğazaişvili, MLS-də top vuran yeganə gürcüdür.