Messinin həyat yoldaşı boks üzrə məşqə başladı (video)
Messinin həyat yoldaşı boks üzrə məşqə başladı (video)

“Barcelona”-nın kapitanı, Lionel Messinin həyat yoldaşı, Antonella Rokusso boks üzrə məşqə başladı.

Üç uşaq anası artıq bir aydır ki, intensiv olaraq məşq edir. Antonella öz videosunu “instagramda” 13.2 milyon təqibçisinə paylaşdı.

“Bir ay öncə başladım və hələ də öyrənirəm. Çox xoşuma gəlir”, – Antonella videonun üzərinə yazdı.

Messi və Rakusso 2017-ci ildə evləndilər. Onların üç oğlu var – Tayqo, Mateo və Çiro.