Siyasi partiyalar dekabrın 19-a planlanan parlament binasını piketləmə aksiyasını ləğv edirlər
Siyasi partiyalar dekabrın 19-da parlament binasının piketləşdirmə aksiyasını ləğv edirlər.
Müxalifətçilərin birgə bəyanatında deyilir ki, aksiyalarının ləğv edilməsi 15 yaşlı yeniyetmənin vəfatı ilə bağlıdır.
“Luka Siradzenin ölümü ilə bağlı dərin kədərimizi bildiririk. Belə ağır dəqiqələrdə onun yaxınlarına baş sağlığı üçün təsəlli edəcək söz tapmaq çətindir. Bu hadisə bütün Gürcüstanı kədərləndirdi.
Təəssüf ki, bu birinci və axırıncı hadisə deyil, çünki ölkədə köklü sistem dəyişikliyi həyata keçirməsək belə davam edəcək. Lukanın faciəli ölümündən sonra, sabah üçün planlaşdırılan etiraz aksiyasından imtina edirik, ancaq ədalətli mübarizəmizi başqa formalarla davam edəcəyik, çünki bu sistemi vaxtında dayandırmalıyıq” – deyilir müxalifət partiyalarının bəyanatında.