Siyasətçilərə qarşı müsbət münasibət reytinqində Davit Bakradze və Kaxa Kaladze liderlik edirlər
Siyasətçilərə qarşı müsbət münasibət reytinqində “Avropa Gürcüstanının” lideri Davit Bakradze və paytaxtın meri Kaxa Kaladze liderlik edirlər.
Milli-Demokratik İnstitutu (NDI)-ın keçirdiyi tədqiqata əsasən, “Avropa Gürcüstanının” lideri Davit Bakradzeyi 34 fazi müsbət, 22 faizi isə, mənfi dəyərləndirir.
Eyni tədqiqata əsasən, sorğulananların 34 faizi Kaxa Kaladzenin fəaliyyətini müsbət, 22 faizi isə, mənfi dəyərləndirir.
“Leyborit partiyasının” lideri Şalva Natelaşvili 29 faiz müsbət dəyərləndirir, 25 faiz isə, mənfi.
27 faiz Gürcüstanın baş naziri Giorgi Qaxariyayı müsbət, 34 faiz isə, mənfi dəyərləndirir.
Tədqiqata görə, Gürcüstanın sabiq prezidentini 26 faiz müsbət, 39 faiz isə, mənfi dəyərləndirir.
Gürcüstan parlamentinin sədri Arçil Talakvadzeyi 16 faiz müsbət, 32 faiz isə, mənfi dəyərləndirir.
“Milli Hərəkatın” lideri Qriqol Vaşadzeyi 20 faiz müsbət, 38 faiz isə, mənfi dəyərləndirir.
“Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişviliyi 17 faiz müsbət, 49 faiz isə, mənfi dəyərləndirir.
Gürcüstan prezidenti Salome Zurabişviliyi 13 faiz müsbət, 49 faiz isə, mənfi dəyərləndirir. Onun fəaliyyətini isə, 8 faiz müsbət, 31 faiz orta, 34 faiz isə, mənfi dəyərləndirir.
Sorğu-tədqiqat 2019-cu ilin noyabrın 19-dan dekabrın 13-nə qədər müddətdə keçirildi.
Gürcüstan miqyasında, birbaşa suallarla 2,180 nəfər sorğulandı.
NDI-ın tədqiqatlarını Böyük Britaniya iqtidarının UK aid təşkilatı maliyyələşdirir.
Sorğuyu isə, biavasitə, CRRC-Gürcüstan təşkilatı keçirir.