Siyasətçi qadınlar şəxsi həyatı əks etdirən videolarların qeyri-qanuni şəkildə çəkilib-yayılmasına qarşı birləşirlər
Siyasətçi qadınlar şəxsi həyatı əks etdirən videolarların qeyri-qanuni şəkildə çəkilib-yayılmasına qarşı birləşirlər.
Bununla bağlı onlar qadın siyasətçilərin hüquqlarını qoruyan yeni memorandum imzaladılar.
Siyasətçi qadınların bəyanatında deyilir ki, şəxsi həyat ilə manipulyasiya və yaxud qadınların siyasətdən qovulması, onların moral diskreditsiyasının və tam marqinalizasiyanın ən qəddar metodudur.
Siyasətçi qadınlar dövlətə və bütün müvafiq idarələrə müraciət edirlər ki, belə cinayətlərə gərəkən reaksiya verilsin.
“Gürcüstan konstitusiyası ilə, şəxsi həyat toxunulmazdır və beynəlxalq hüquq ilə zəmanət edilən haqqdır. Seksual həyatı əks etdirən videolardan istifadə edərək, şantaj etmək və hədələmək cinayətdir” – deyilir qadınların bəyanatında.
Birgə memorandumu Teona Çelidze, Ana Bibilaşvili, Tina Bokuçava, Ana Kobaxidze, Tamar Xulordava, Xatia Dekanoidze, Tamta Şamatava, İrina Pruidze, Lana Qaldava, Nana Toxvadze, Medea Metreveli, Ani Mirotadze, Teona Aqubardia, Xatuna Qoqorişvili, Nini Qoquadze, Eka Beselia, Salome Samadaşvili və Tamar Çuqoşvili imzalayıblar.
