"Sinopharm" ilə peyvənd olunmaq üçün qeydiyyat saat 12: 00-dan etibarən başlayacaq
Səhiyyə Nazirliyindən verilən məlumata görə, “Sinopharm” ilə peyvənd olunmaq üçün qeydiyyat bu gün, 3 iyulda, saat 12: 00-da başlayacaq , peyvəndləmə prosesi isə 5 iyuldan etibarən başlayacaq.
Peyvəndləmə üçün yerlərin əvvəlcədən tutulmasını istəyənlər booking.moh.gov.ge- veb saytına müraciət etməli və ya 15 22 nömrəsinə zəng vurmalıdırlar.
Sinopharm və Sinovac peyvəndlərinin milyon dozası 2 iyulda Gürcüstana gətirildi. Bunlardan 500.000 doza “Sinopharm” və 500.000 doza isə “Sinovac” peyvəndidir.
Səhiyyə Nazirliyindən, ölkə miqyasında peyvəndləmə üçün 350-ə qədər peyvəndləyici qrupun səfərbər edildiyi bildirilir.
“Coğrafi çatımlılığı təmin etmək üçün, Səhiyyə Nazirliyi peyvəndlərin bütün ölkə miqyasında paylanması sxemini artıq hazırlayıb”, – deyə Səhiyyə Nazirliyindən bildirilib.
XNMM-nin rəhbəri Amiran Qamğrelidze bildirib ki, əvvəlcə Sinopharm peyvəndi ilə yerlərin əvvəlcədən tutulması prosesi başladılır və bu müşahidə ediləcək.
“Sifarişlər iki həftəyə açıq olacaq. Aktivliyin necə olacağını müşahidə edəcəyik, sonra bütün ay və bütün yay boyunca açılacaq. “Sinopharm” ilə başlayacağıq, daha sonra “Sinovac” və “Pfizer” əlavə ediləcək” -deyə Qamğrelidze bildirib.