Şimali Avropa və Baltikyanı ölkələri BMT tərəfindən Gürcüstan haqqında qəbul edilən rezolyusiya ilə bağlı birgə bəyanat yayırlar

Şimali Avropa və Baltikyanı ölkələri BMT tərəfindən Gürcüstan haqqında qəbul edilən rezolyusiya ilə bağlı birgə bəyanat yayırlar.

Bəyanatın tam mətni Litva Xarici İşlər Nazirliyinin veb-səhifəsində yayıldı.

Bəyanatı Şimali Avropa və Baltikyanı ölkələri imzalayırlar: Danimarka, Finlyandiya, İslandiya, Norvegiya, İsveç, Estoniya, Latviya və Litva.

Həmçinin, bəyanata Bolqarıstan, Çexiya, Polşa, Rumınıya və Niderlandlar da qoşulurlar.

Bəyanatı imzalayanalar Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirirlər və Rusiyanın 2008-ci ilin atəşkəs razılaşması qaydalarını pozmağa davam etdiyini qeyd edirlər.

Bəyanatda deyilir ki, Gürcüstanın işğal edilmiş ərazilərində, insan hüquqlarının pozulması ilə bağlı vəziyyət böyük narahatçılığa səbəb olur.

Avropa ölkələri işğal qüvvələrinin qeyri-qanuni “borderizasiya” prosesini də qeyd edirlər və bəyan edirlər ki, işğal edilmiş ərazilərdən qaçqınların sülh şəklində evlərinə qaytarılması prosesi təmin edilmir.

Bəyanatın müəllifləri Gürcüstanın iqtidarının beynəlxalq təşkilatlarla sıx əməkdaşlığını və münaqişənin həlli üçün atdığı addımları salamlayırlar.

Qeyd edək ki, BMT-nin baş assambleyası, Nyu-Yorkda keçirdiyi 74-cü sesiya çərçivəsində, Abxazia və Cənubi Osetiyadan məcburi köçkünlərin statusu ilə bağlı, 54 ölkə tərəfindən təşəbbüslənən rezolyusiyayı qəbul etdi.