Səudi Ərəbistanla turizm sahəsində əməkdaşlığın bərpası planlaşdırılır
Səudi Ərəbistanla turizm sahəsində əməkdaşlığın bərpası planlaşdırılır

Gürcüstanın İqtisadiyyat və Stabil İnkişaf Nazirliyinin Milli Administrasiyasının rəhbər vəzifəsinin icraçısı Səudi Ərəbistanın Gürcüstandaki səfiri ilə görüşdü.

Medea Caniaşvili və Abdulla Al Mutair Gürcüstan və Səudi Ərəbistan arasında turizm sahəsində əməkdaşlığın bərpası imkanlarını müzakirə etdilər.

Söhbət post-pandemiya dövründə iki tərəfli turist axınının və aviareyslərin bərpasına və təhlükəsiz uçuşlara toxundu.

“Pandemiyaya qədər Səudi Ərəbistan Gürcüstan üçün önəmli turist bazarını təqdim edirdi. 2019-cu ildə, Gürcüstana daxil olan yolçuların top 15 ölkəsi arasında Səudi Ərəbistan 12-ci yerdə idi” – deyilir Milli Turizm Administrasiyasının məlumatında.