Sərhəd buraxılış məntəqələrində koronavirus prevensiyası məqsədi ilə qəbul olunan təbirlər barəsində DİN bəyanat yayır
Sərhəd buraxılış məntəqələrində koronavirus prevensiyası məqsədi ilə qəbul olunan təbirlər barəsində DİN bəyanat yayır

Gürcüstanda yeni koronavirusun mümkün yayılmasının qarşısının alınması və yoluxma hallarına operativ münasibətin bildirilməsi məqsədi ilə qəbul olunan təbirlər barəsində Daxili İşlər Nazirliyi bəyanat yayır.

İdarənin məlumatına görə, Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Sərhəd İdarəsi və Koordinasiya Baş İdarəsi, Dünya Səhiyyə Təşkilatı tərəfindən yüksək risk zonaları kimi müəyyənləşdirilmiş ölkələrdən daxil olan insanların yoxlanılmasını və Gürcüstanda onların yerləşdirilməsi barəsində məlumatın qeydiyyatını həyata keçirir.

Nazirlik açıqlayır ki, hazırda yüksək risk zonaları kimi dörd ölkə müəyyənləşdirilib: Çin, Cənubi Koreya, İran və İtaliya.

“Yolçuların intensiv yoxlanılması quru sərhəd buraxılış məntəqələrində keçirilir:”Qırmızı Körpü”, “Sadaxlo”, “Sarpi” və “Dariali”, həmçinin hava sərhəd məntəqələrində – Gürcüstanın hər üç aeroportunda: Tbilisi, Kutaisi və Batumidə. Bundan başqa, qeyd olunan məntəqələrdə tibbi personal növbəçilik edir.

Qeyd olunan məntəqələrdə sərhədçi tərəfindən ölkəyə daxil olan yolçunun riskinin ilkin dəyərləndirməsi, onun səyahətinin tarixindən irəli gələrək baş verir və lazım olduğu təqdirdə, onun yerində olan növbətçi həkim tərəfindən yoxlanılması həyata keçirilir.

Sərhədçi tərəfindən riskin aşkar edilməsi təqdirində tibbi briqadanın çağırılması baş verir. Gürcüstanın sərhəd buraxılış məntəqəsindən hər gün, 24 saat ərzində 25-dən 30 minədək indan keçir.

Həmçinin, məlumat veririk ki, yaranmış durumdan irəli gələrək, media nümayəndələrinin təhlükəsizliyi məqsədilə, qərar qəbul olundu ki, jurnalistlərin sərhəd buraxılış məntəqələrində azad hərəkətləri məhdudlaşdırılsın”, – Nazirliyin bəyanatında deyilir.