Sergi Kapanadze - Problemlər parlamentdə qadınların sayının sünii şəkildə artırılması ilə həll olunmur
Seçki məcəlləsində qadınların kvotlaşdırılması ilə bağlı qanun dəyişiklilərini “Avropa Gürcüstanı” dəstəkləməyəcək.
Partiyanın üzvü, deputat Sergi Kapanadzenin dediyinə görə, təklif edilən dəyişikliklərlə problem həll olunmur, çünki bu sünii bir tədbirdir.
“Kvotlaşdırma sistemi ilə qadınlara qarşı diskriminasiya problemi həll olunmur. Bu problemin həlli üçün, onun başlanğıc səbəbləriƏ kökü ilə mübarizə edilməlidir. Problem müvəqqəti tədbirlər və parlamentdə qadınların sayının sünii şəkildə artırılması ilə həll olunmur. Bir çox ölkə bilirəm, harda kvotlar yoxdur. Məsələn, Ruanda. Bu sistemlə kvotlaşdırma majoritarlara aid deyil. Düşünürük ki, bu dəyişikliklərin effekti olmayacaq. Ona görə də, “Avropa Gürcüstanı” bu layihəyi dəstəkləməyəcək” – dedi Sergi Kapanadze.