Serqi Kapanadze - Mövqeyimiz dəyişmir, bu parlamentin legitimasiyasını düşünmürük

Yeni seçkilərin keçirilməsi üçün mübarizəyə davam edirik və bu mübarizədə parlamentdən başqa, bütün digər institutdan istifadə edəcəyik, – bu barədə bəyanatı “Avropa Gürcüstanının” lideri Serqi Kapanadze, ABŞ Dövlət Departamentinin müraciətinə cavab olaraq, verdi, hansında ABŞ Dövlət Departamenti Gürcüstan  müxalifətini parlamentə daxil olmağa çağırdı.

Kapanadze bəyan edir ki, bu müraciətə rəğmən, müxalifət etiraz aksiyalarına davam edəcək.

“Dövlət Departamentinin müraciəti ilə tanış olduq. Onlar istəyirlər ki, parlament daxil olmaqla, bütün institulardan istifadə edək. Biz də onlara izah etməyə çalışdıq ki, bizdə heç bir institut işləmir.  MSK və məhkəmə sistemi birbaşa İvanişvilinin tapşırıqlarını yerinə yetirir. Ona görə də, mövqeyimiz dəyişmir və bu parlamentin legitimasiyasını düşünmürük. Mübarizəmiz üçün bütün institutlardan istifadə edəcəyik, ancaq parlamentə daxil olaraq, onun qanuniləşdirilməsini düşünmürük”, – dedi Sergi Kapanadze.