Sergi Kapanadze - Gürcüstanda siyasi krizis olsa, müxalifət parlamentdə olmasa, baş katibin dəstəyi Gürcüstanın NATO-ya daxil olması üçün kifayət olmayacaq

Əgər Gürcüstanda siyasi krizis olsa, parlamentdə müxalifət olmasa, ölkədə ağır iqtisadi böhran olsa, seçkilər saxtalaşdırılsa, Gürcüstanın NATO-nun üzvü olması üçün baş katibin dəstəyi belə kifayət olmacayaq, – bu bəyanatı “Avropa Gürcüstanının” liderlərindən biri Sergi Kapanadze NATO-nun baş katibinin bəyanatını şərhləndirərkən verdi.

“Başa düşürük ki, NATO-nun baş katibi və dost ölkələr Gürcüstanın NATO-ya qoşulmasını dəstəkləyirlər. Onları buna əmin etmək üçün ilk növbədə, ölkədə demokratiyanın yüksək səviyyəsini göstərməliyik. Əlbəttə ki, baş katibin bəyanatını salamlayırıq, çünki o hər zamanki kimi, Gürcüstanı dəstəkləyir, ancaq biz özümüz başa düşməliyik ki, Gürcüstanda siyasi krizis olsa, parlamentdə müxalifət olmasa, ölkədə ağır iqtisadi böhran olsa və seçkilər saxtalaşdırılsa, Gürcüstanın NATO-nun üzvü olması üçün baş katibin dəstəyi və NATO ministerialında verilən bəyanatlar kifayət olmacayaq”, – dedi Sergi Kapanadze.

Onun dediyinə görə, Gürcüstanın NATO-ya üzv olmasının əsas şərti demokratiyanın yüksək keyfiyyəti, seçkiləlrlə bağlı sualların olmaması və böhranların dialoq yolu ilə həll olunmasıdır.

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO-nu üzv ölkələrinin Xarici İşlər Nazirliyinin ministerialından sonra keçiirlən mətbuat-konfransında bəyan etdi ki, alyans Gürcüstana siyasi və praktiki dəstəyini gücləndirir.