Sergi Kapanadze - "Gürcü Arzusunun" bir konkret nəfərlə danışıqlar aparmasının mənası yoxdur, çünki müxalifət deputatları parlamentdən çıxıblar

“Gürcü Arzusunun”, Elisaşvili və yaxud kim olursa, olsun, sadəcə bir konkret nəfərlə danışıqlar aparmasının heç bir mənası yoxdur, çünki bütün müxalifət deputatları parlamentdən çıxıblar, – bu bəyanatı “Avropa Gürcüstanının üzvü Sergi Kapanadze iqtidar və müxalifət arasındaki danışıqlarla bağlı jurnalistlərin suallarını cavablandırarkən verdi.

“Biz bəyanatlarımızı yazdıq, parlamentdən çıxdıq. İndi iqtidarın hansısa konkret nəfərlə danışması heç nəyi dəyişmir.

Əgər baş nazir düşünürsə ki, siyasi krizis yoxdur, parlamentə baxsın və görsün ki, orada sadəcə övgülər yağdıran iqdidar yaltaqlarından başqa kimsə yoxdur. Seçkiləri saxtalaşdıraraq, “Gürcü Arzusu” praktiki olaraq, iqtidarın uzurpasiyasını həyata keçirdi. Bu siyasi krizis deyilsə, bəs nədir?”, – dedi Sergi Kapanadze.