Sergi Kapanadze bəyan edir ki, bir neçə seçki məntəqəsindəki bülletinlərdə 2 nömrə yoxdur
Sergi Kapanadze bəyan edir ki, bir neçə seçki məntəqəsindəki bülletinlərdə 2 nömrə yoxdur

“Avropa Gürcüstanın” üzvü Sergi Kapanadze bəyan edir ki, bir neçə seçki məntəqəsindəki bülletinlərdə 2 nömrə yoxdur.

Bugün keçirdiyi brifinqdə Sergi Kapanadze bəyan etdi ki, “Gürcü Arzusu” seçkilərə sadəcə öz tərəfdarlarını aparmağa çalışır.

“Seçki məntəqələrinin bağlanmasına bir neçə saat qaldı və biz öz seçicilərimizə müarciət edirik ki, “Avropa Gürcüstanını” dəstəkləsinlər. Bu saatlarda Bidzina İvanişvilinin olub-olmaması məsələsi ilə bağlı qərar verilir. Seçkiyə nə qədər çox insan gedib “Avropa Gürcüstanına” səs versə, Bidzina İvanişvilinin məğlub olma şansı o qədər böyükdür” – dedi Sergi Kapanadze.

Sergi Kapanadze qeyd etdi ki, bir neçə seçki məntəqələrində, ümumiyyətlə 2 nömrə yoxdur.

“2 nömrənin olmadığı bütün bülletinlərin ləğv olunmasını tələb edirik. Seçki məntəqələrinin yanında insanlara pul verirlər. Bunu əks etdirən fotolarımız da var.

İngir kəndindən fotomuz var, harda görünür ki, 46-cı seçki məntəqəsində bülletinlər açıqdırlar və bu böyük pozuntudur. Samqorinin 69-cu seçki məntəqəsində bülletinlərin arxa tərəfinə möhür vurulmur, bunun fotoları da var” – dedi Sergi Kapanadze.

Kapanadzenin dediyinə görə, “Gürcü Arzusunun” agitatorları əllərində siyahı ilə qapıda durub, seçicilərə təzyiq edirlər.