Sergi Kapanadze - "Avropa Gürcüstanı" "Gürcü Arzusu" ilə koalisiya yaratmayacaq, nə də Mixeil Saakaşvilinin baş nazirliyə namizədliyini dəstəkləməyəcək
“Avropa Gürcüstanı” üçün bu imza çox önəmlidir. Həkəs bilir ki, “Avropa Gürcüstanı” onun təşəbbüskarı idi ki, pro-qərb partiyalar memorandum imzalasınlar ki, Bidzina İvanişvilinin “Gürcü Arzusu” ilə koalisiya yaratmayacaqlar, – bu bəyanatı “Avropa Gürcüstanının” seçki qərargahının rəhbəri Sergi Kapanadze verdi.
Kapanadze öz seçicilərini fəal olmağa çağırdı.
“Bu ona görə önəmlidir ki, İvanişvili tək qalsın və məğlub edilsin. Bunun üçün isə, iqtisadi böhrana görə əziyyət çəkən insanlar, ölkədə artan kriminala görə narahat olan insanlar, sabah seçkilərə gəlib İvanişviliyi artıq istəməyən siyasi partiyaların birinə səs versinlər” – dedi Sergi Kapanadze.
“Leyborist partiyasının” ofisində, müxalifət partiyalarının nümayəndələri bugün yenə bir memorandum imzaladılar.
Memorandumda müxalifət nümayəndələri söz verirlər ki, heç bir təqdirdə, “Gürcü Arzusu” ilə əməkdaşlıq etməyəcəklər və onunla koalisiya iqtidarı yaratmayacaqlar.
Müxalifətdə bəyan edirlər ki, bu memorandum hazırki iqtidarı real olaraq, dəyişmək istəyən partiyaların hansılar olduğu ilə bağlı seçiciyə dəqiq məlumatdır.
Memorandumu 10-a qədər müxalifət partiyası imzaladı.