Serqey Nikiforov - Ukraynanın Kremlə gecə hücumları barədə məlumatı yoxdur, Ukrayna bütün mövcud vasitələri başqalarının ərazilərinə hücum etməyə deyil, öz ərazilərini azad etməyə yönəldir
Serqey Nikiforov - Ukraynanın Kremlə gecə hücumları barədə məlumatı yoxdur, Ukrayna bütün mövcud vasitələri başqalarının ərazilərinə hücum etməyə deyil, öz ərazilərini azad etməyə yönəldir

 
Ukraynanın Kremlə gecə hücumları barədə məlumatı yoxdur, Ukrayna bütün mövcud vasitələri və qüvvəsini başqalarının ərazilərinə hücum etmək üçün deyil, öz ərazilərini azad etmək üçün istifadə edir- Ukrayna prezidentinin mətbuat katibi Serqey Nikiforov Rusiyanın Prezident Administrasiyasının Ukraynanın gecə saatlarında dronlarla Kremlə hücum etməyə cəhd etdiyinə dair bəyanatına belə münasibət bildirir.

Bu barədə Nikiforov “Ukrainskaya pravda” nəşrinə açıqlama verib.

“Bizdə Kremlə qondarma gecə hücumları barədə məlumat yoxdur. Prezident Zelenskinin dəfələrlə qeyd etdiyi kimi, Ukrayna bütün mövcud qüvvə və vasitələrini başqalarına hücuma deyil, öz ərazilərinin azad edilməsinə yönəldir. Terrorçu-dövlətin ifadəsi ayrıca təəccübə səbəb olur. Terror aktı- Dnepr və ya Umanda bir evin sındırılmış girişi və bir çox başqa faciələrdir. Moskvada baş verənlər isə açıq-aydın mayın 9-dan əvvəl vəziyyətin gərginləşməsidir, bizim opponentlərimizdən gözlənilən vasitədir” – deyə Ukraynanın Prezident Ofisinin nümayəndəsi açıqlayıb.

Rusiyanın Prezident Administrasiyası Kiyevin gecə saatlarında pilotsuz uçuş aparatları ilə Kremlə hücum etməyə cəhd etdiyini açıqlayıb.