Sergey Lavrov - Rusiya Avropa İttifaqı ilə əlaqələri kəsməyə hazırdır
Sergey Lavrov - Rusiya Avropa İttifaqı ilə əlaqələri kəsməyə hazırdır

Rusiya Avropa İttifaqı ilə əlaqələri kəsməyə hazırdır. Əgər Avropa İttifaqı Rusiya iqtisadiyyatına zərər verən sanksiyalar qoymağa davam etsə, Moskva Avropa İttifaqı ilə bütün əlaqələri kəsməyə hazırdır, – bu bəyanatı Rusiya Xarici İşlər Naziri Sergey Lavrov verdi.

Bu haqda məlumatı “Doiçe Velle” yayır.

Lavrovun bəyanatına görə, Rusiya dünya həyatından təcrid olmaq istəmir, ancaq bunun üçün hazır olmalıdır.

“Rusiya iqtidarı bu qərarı, Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı növbəti sanksiyaların qoyub-qoymayacağından asılı olaraq verəcək.

Əgər sülh istəyirsənsə, müharibə üçün də hazır olmalısan”, – deyir Lavrov.