Sergey Lavrov - İsrailin Qəzza sektoruna hücumu beynəlxalq humanitar hüquq normalarına ziddir
Sergey Lavrov - İsrailin Qəzza sektoruna hücumu beynəlxalq humanitar hüquq normalarına ziddir

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, İsrailin Qəzza sektoruna hücumu beynəlxalq humanitar hüquq normalarına ziddir.

“Biz qətiyyən razılaşmırıq ki, terrorizmə beynəlxalq humanitar hüquq normalarını pozmaqla, o cümlədən mülki şəxslərin olduğu məlum olan hədəflərə güc tətbiq etməklə cavab vermək mümkün olsun”, – Lavrov bildirib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Qəzzanın dağıdılması uzun onilliklər ərzində fəlakətə gətirib çıxaracaq.