Serbiya prezidenti - vəziyyətin sabitləşməsi vacibdir, lakin vəziyyət nə qədər mürəkkəb olsa da, Serbiya təslim olmayacaq və qalib gələcək
Serbiya prezidenti - vəziyyətin sabitləşməsi vacibdir, lakin vəziyyət nə qədər mürəkkəb olsa da, Serbiya təslim olmayacaq və qalib gələcək

 

Vəziyyətin sabitləşməsi vacibdir, lakin vəziyyət nə qədər mürəkkəb olsa da, Serbiya təslim olmayacaq və qalib gələcək-bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç ordunun Baş Qərargahında keçirilən görüşdən sonra bildirib.

Aleksandr Vuçiç , ölkə hakimiyyətinin beynəlxalq ictimaiyyəti gərginliyə son qoymaq üçün hər şeyi etməyə çağırdığını bildirib.

“İnanıram ki, yaxşı xəbərlərimiz olacaq. Ümid edirəm ki, sabah deeskalasiya olacaq və biz yeni kompromisli həll yolları ilə sülhə nail olacağıq. Önümüzdəki günlərdə bəlkə də ən böyük siyasi döyüş bizi gözləyir. Serbiyanı dəstəkləyənlərə, haqlı olanlara, düzgün mövqe bildirənlərə təşəkkür etmək istəyirəm. Gərginliyin aradan qaldırılması üçün səylər göstərilir. Vəziyyət nə qədər mürəkkəb olsa da, Serbiya təslim olmayacaq və qalib gələcək” -deyə Vuçiç bildirib.

Media tərəfindən yayılmış məlumatda, Serbiya ilə Kosovo arasındakı ayırıcı xəttdə atışma səsi və həyəcan siqnalı eşidildiyi deyilir.