Senat ABŞ prezidentinə müraciət edir ki, Rusiyadan Gürcüstan ərazilərinin işğalının dayandırılmasını tələb etsin
Amerika Birləşmiş Ştatlarının Senatında Rusiyaya qarşı yeni sanksiyalar müzakirə olunur.
“Royter” agentliyinin məlumatına görə, Moskvaya qarşı yeni sanksiyaların qoyulmasını nəzərdə tutan sənəd gələn həftə, senatın xarici əlaqələr komitəsinin iclasında səs verməyə çıxardılacaq.
“Rusiya aqresiyasından amerikan təhlükəsizliyinin qorunması aktı” adlı qanunlayihədə söhbət Gürcüstandan da gedir və onda ABŞ administrasiyasına müraciət edilir ki, Rusiyanın təsirinin azaldılması üçün xüsusi fond yaradılmalıdır.
Fondun həcmi fiskal il üçün 250 milyon dollardır.
Eyni zamanda, qanunlayihə ABŞ prezidentinə müraciət edir ki, Rusiyadan Gürcüstan ərazilərinin işğalının dayandırılmasını tələb etsin.
Söz edilən sənədin təşəbbüskarları senatorlar Lindsi Qrem və Bob Menendesdir.
Qanunlayihə senatda dekabrın 11-də səs verməyə çıxardılacaq.