Sabahdan, iyulun 15-dən Şekvetili Dendrologiya Parkı açılır.
Parka giriş pulsuz olacaq.
“Yeni açılan dendrologya parkı, öz miqyası, unikal kolleksiyası və originallığı ilə Qafqaz regionunun bütün parklarından fərqlənir.
60 hektarlıq ərazidə yerləşən bağ, yerli və dünya ekzotik florasının minlərlə növünü əhatə edir.
Unikal bitki kolleksiyası ilə bərabər, park ərazisində dünyanın hər qitəsindən 58 növ quş yaşayır.
Regionda tanınan Batumi və Tbilisi Botanika bağlarından sonra, Şekvetili parkı Gürcüstanın yeni bir vizit kartı olacaq” – deyilir “Gürcü Arzusunun” mətbuat xidməti tərəfindən yayılan bəyanatda.










