Seçki məntəqələrinin yerləşdirildiyi məktəblər bir həftə ərzində, distansiyalı təhsil formatında fəaliyyət göstərəcəklər
Gürcüstanın Təhsil və Elm Naziri Mixeil Çxenkelinin bəanatına görə, seçki məntəqələrinin yerləşdirildiyi məktəblər bugündən etibarən, bir həftə ərzində, distansiyalı rejimdə işləyəcəklər.
Nazirin dediyinə görə, seçkilər keçirildikdən sonra, həmin məktəblərdə dezinfeksiya işləri aparılacaq və daha sonra təhsil prosesi adi rejimdə davam edəcək.
“Acarıstandan başqa, seçki məntəqələrinin yerləşdirildiyi məktəblərin sayı 1419-dur. Onlar bugündən etibarən, artıq distansiya rejiminə keçiblər. Gələn həftənin bazar ertəsi və çərşəmbə axşamından, məktəblərdə dezinfeksiya işləri keçiriləcək. Çərşənbə günü isə, məktəblər adi formatla fəaliyyətlərinə davam edəcəklər” – dedi Təhsil Naziri.