Səhiyyə Nazirliyindən verilən məlumata görə, Türkiyədən idxal olunan dərman vasitələrinin siyahısı genişlənib
Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatına görə, Türkiyədən idxal olunan dərman vasitələrinin siyahısı genişlənib. Verdikləri məlumata əsasən, dərmanları yeddi böyük aptekdən satın almaq olar.
“Ucuz dərmanlar “Pharmadepo”, “Aversi”, “PSP”, “Impex”, “GPC”, “Pharm House” və “Deutsche Pharmacy” apteklərinin şəbəkələrində əlçatandır. Bu ilin mart və aprel aylarında Türkiyədən idxal olunmuş dərman vasitələri 100 mindən çox istehlakçı tərəfindən satın alınıb və vətəndaşlar ümumilikdə 35 milyon lariyədək qənaət ediblər.
Gürcüstanın baş nazirinin qərarına əsasən, Türkiyənin əczaçılıq bazarının açılması nəticəsində dərmanların qiyməti orta hesabla 60-80% ucuzlaşıb. Türkiyədən idxal olunmuş dərman vasitələrinin siyahısı əczaçılıq sektoru tərəfindən təqdim edilib və şirkətlərdən alınan məlumata əsasən yenilənəcək” -deyə nazirlikdən bildirirlər.