Səhiyyə Nazirliyində bəyan edirlər ki, idman zallarının açılması onların yeni məhdudiyyətlərə nə qədər adaptasiya olacağından asılılır
Səhiyyə Nazirliyinin İş Şəraitləri İnspeksiyası Departamentinin rəhbəri Beka Peradzenin bəyanatına görə, idman zallarının açılması onların yeni məhdudiyyətlərə nə qədər adaptasiya olacağından asılılır.
Onun dediyinə görə, bu həftə idman zallarının nümayəndələri və biznes-ombudsmenlə görüş planlaşdırılıb.
Beka Peradze bəyan edir ki, tələblər hələ müəyyən edilməyib və bu istiqamətdə işlər hələ davam edir.
“Təbii ki, epid-vəziyyət idman zallarının açılması üçün imkan verməlidir. İdman zallarına qarşı konkret tələblər hələ müəyyənlədirilməyib, bu istiqamətdə işlər hələ davam edir” – dedi Beka Peradze.