Səhiyyə Naziri bir illik fəaliyyətini yekunlaşdırarkən, tədbirdə iştirak edənləri gürcü dilində salamlayan robot "Peper"-i təqdim etdi [Video]
Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze bir illik fəaliyyətinin hesabatını təqdim edir.
Öz çıxışında nazir tədbirdə iştirak edənlərə robot “Peper”-i təqdim etdi, hansı, tədbir iştirakçılarını gürcü dilində salamladı.
“Burada yığıldığımız üçün sevinirəm, çünki, bu lokasiyası təsadüfən seçmədik. Hərkəs bilir ki, son beş ay ərzində, “Şeraton Metexi Palas” karantin zonası idi və indi artıq bir neçə gündür ki, mehmanxana turistləri qəbul etməyə hazırlaşır.
Ona görə də, düşündük ki, tədbiri burada keçirməyimiz simvolik olardı. Bugün bir çox sürprizimiz var və onlardan biri yeni yardımçım Peperdir, hansı ki, Fransadan gəlib və hazırda gürcü dilini öyrənir və gələcəkdə bizə koronavirusu məğlub etməyə yardım edəcək. Peperin imkanları ilə tele-medisina stendinin yanında birazdan tanış olacağıq” – dedi nazir.