Şaurma məkanının sahibi altı uşağın şaurmadan zəhərləndiyini istisna edir
Altı uşağın zəhərləndiyi iddia edilən Rustavidəki şaurma məkanının sahibi Malxaz Kapanadze, uşaqların intoksikasiya səbəbinin şaurma olduğunu istisna edir.
Onun dediyinə görə, onun qida obyektində hər zaman dezinfeksiya keçirilir və hər gün yeni ət gətirilir.
Qeyd olunan şaurma məkanını sanitar nəzarəti inspeksiyası yoxladı.
Hazırda şaurma məkanı “sanitar günü” adı ilə bağlandı.
“Yoxlanış keçirildi və laboratoriya cavablarını gözləyirik. Cavablar bir neçə günə hazır olacaq. Dörd ildir ki işləyirik və hələ belə bir hadisəolmayıb” – dedi şaurma məkanının sahibi.
Rustavidə altı uşağın zəhərlənməsinin səbəbi olaraq, eyni yerdən alıb yedikləri şaurma ehtimal olunur.
Daha sonra, zəhərlənən uşaqlardan birinin valideyni də xəstəxanaya aparıldı.