Rustavidə şaurmadan zəhərlənən uşaqların valideynlərindən biri də xəstəxanaya aparıldı

Rustavidə şaurmadan zəhərlənən uşaqların valideynlərindən biri də xəstəxanaya aparıldı və bu vaxda qədər klinikadadır.

Bu barədə məlumat birinci kanala Rustavi şəhər xəstəxanasından verildi.

Xəstəxanadan verilən məlumata əsasən, dünən xəstəxanaya dörd pasient gətirildi, onlardan üçü bir ailədən idi. Onlar eyni vaxtda şaurma yeyiblər. Hər dörd pasientdə eyni simptomlar müşahidə olunurdu: yüksək temperatur (40 dərəcə), güclü qarın ağrısı, kusma, diareya.

Bugün isə, xəstəxanaya eyni yerdən şaurma alıb yeyən yenə iki pasient müraciət etdi.

Hazırda pasientlərin hamısının vəziyyəti stabildir. Zəhərlənən uşaqların yaşları 8-lə 12 arasındadır.