Samtredia-Qriqoleti avtomaqistralının ikinci hissəsində, Capana-Lançxutinin yeni 14 kilometrlik yolu açıldı
Gürcüstanın Şərq-qərb istiqamətində E60 sürətli avtomaqistralın Samtrediya-Qriqoleti yolunun ikinci hissəsinin, Capana-Lançxutinin 14 kilometrlik yeni yolunda avtonəqliyyat hərəkatı bugündən açıldı.
Tədbirdə baş nazir Giorgi Qaxaria və İnfrastruktur Naziri Maia Tskitişvili iştirak etdilər.
Yeni dörd xəttlik yol, avtomaqistralda yolçuluq müddətini 20-30%-lə azaldır.
Layihənin inşaatını Avropa İnvestisiya Bankı 254 milyon lari ilə maliyyələşdirib.
Yaxın zamanda Xaşuri yolu da istismara veriləcək.
İlin sonuna qədər sürətli avtomaqistralda 70 kilometrə qədər yol açılacaq və bu da, Gürcüstan avtobanlarının tarixində presedentsiz tərəqqidir.