Samqori icra başçısı bəyan edir ki, Varketili bazarındaki yanğın zamanı zərər görən ticarətçilər bir neçə ay ərzində vergi ödəməyəcəklər

Varketili bazarında baş verən yanğın zamanı zərər görənlərlə Samqori rayonunun qamgebelisi (icra başçısı) Kaxa Samxaradze görüşdü.

Kaxa Samxaradzenin dediyinə görə, meriya ilə razılaşdırılıb ki, bazarın zərər görən ticarətçiləri bazar ərazisində 3-5  ay ərzində, vergi ödəmədən ticarətlərinə davam edəcəklər.

İcra başçısının məlumatına görə, sığorta şirkəti bütün zərər görənlərə yardım edəcək.

Kaxa Samxaradzenin dediyinə görə, ticarətçilərin hamısı aldığı kompensasiyadan narazı ola bilər, ancaq onlar müəyyən mülkünün olduğunu təsdiqləməlidirlər.