Şalva Papuaşvili Latviyanın Gürcüstandakı səfiri Edit Medne ilə görüşüb
Şalva Papuaşvili Latviyanın Gürcüstandakı səfiri Edit Medne ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Latviya Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Edit Medne ilə görüşüb. Bu barədə məlumatı parlamentin mətbuat xidməti yayır.

İdarədən verilən məlumatda görüşdə iki ölkə arasında möhkəm dostluq münasibətlərinin müzakirə edildiyi bildirilir.

“Şalva Papuaşvili Latviya Respublikasının Gürcüstanın ərazi bütövlüyünə, Avropa və Avro-Atlantik istəklərinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Parlamentin sədri Gürcüstanın Avropa İttifaqının 12 tövsiyəsinin icrası istiqamətində əldə etdiyi uğurlardan ətraflı danışıb.

Səfir Latviyanın Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına tam dəstəyini təsdiqləyib və bu prosesdə Gürcüstanın yanında olmağa hazır olduğunu bildirib” – deyə parlamentin mətbuat xidməti tərəfindən yayılmış məlumatda bildirilib.