Şalva Natelaşvili - Türkiyə iqtidarına müraciət edirik, Türkiyənin xarici siyasətini gərginləşdirən və Gürcüstanla munasibətlərə də zərər verən qərar verməsin
Türkiyə iqtidarına müraciət edirik, Türkiyənin xarici siyasətini gərginləşdirən və Gürcüstanla gələcək munasibətini çartladan qərar verməsin, – bu bəyanatı “Leyborist partiyasının” lideri Şalva Natelaşvili bugün keçirdiyi mətbuat konfransında verdi.
Şalva Natelşavili qeyd etdi ki, iyulun 15-dən İstanbudaki Aya Sofya kilsəsi məscid kimi elan ediləcək.
Onun dediyinə görə, bu qərar Türkiyənin beynəlxalq imicinə zərər verəcək.
“Türkiyə iqtidarı İstanbuldaki ən böyük xristian dəyərini məscidə çevirmək istəyir. Təssüflər olsun ki, Gürcüstan çətin bir xəttə düşür, harda Rusiya ekspresyionizmi ilə bərabər, panturkizm də gücləşir. Bizim David Qarecimiz də bunun qurbanı oldu və Əliyev onu əlimizdən aldı.
Aya Sofya ilə bağlı ABŞ-ın dövlət katibi Maik Pompeo da etirazını bildirdi. Biz dövlət katibinə təşəkkür edirik və Türkiyə iqtidarına müraciət edirik ki, Türkiyənin xarixi siyasətinə və Gürcüstanla münasibətlərinə zərər verən qərarlar verməkdən baş qaçırdsın” – dedi Natelaşvili.
Onun dediyinə görə, Aya Sofya YUNESCO-nun dəyərli abidələr siyahısına da daxil edilib və o kilsənin statusunun dəyişdirilməsi qara tarixə doğru geri atılan addım olacaq və beynəlxalq arenada qonşu Türkiyənin güclənməsi və avtoriteti üçün problem yaradacaq.
Natelaşvili ümid etdi ki Türkiyə regionda etimad edə biləcəyimiz partnyor olacaq və regionin təhlükəsizliyinə qayğı göstərəcək.