Şalva Natelaşvili - Parlament iclası baş tutmamalıdır. Cümə günü zalda biyabırçı şəkildə sadəcə "Gürcü Arzusu" oturmalıdır
İctimaiyyətdən xahiş etmək istəyirəm, raundların sayı ilə bağlı narahat olmasınlar. qlobal məsələlər belə tez zamanda həll olunmur, – bu bəyanatı “Leyborist partiyasının” lideri Şalva Natelaşvili ABŞ səfirinin rezidensiyasının yanında verdi.
Şalva Natelaşvilinin dediyinə görə, o sadəcə “Leyborist partiyasının” adı ilə danışır və bəyan edir ki, onun partiyası parlamentə qətiyyən daxil olmayacaq.
“Bu parlament baş tutmamalıdır. Cümə günü o zalda biyabırçı şəkildə, sadəcə “Gürcü Arzusu” oturmalıdır. Bütün dünya İvanişvili bandasının kim olduğunu görsün. Biz yenidən seçkilər keçirilməsə parlamentə daxi olmayacağıq.
Müxalifət deklarasiya imzaladı ki, yeniədn seçkilər keçirilsin” – dedi Şalva Natelaşvili.