Şalva Natelaşvili - Layihəyi yazan idiotlardan soruşuram, bu deputat seçkiləridir, yoxsa cinsi orqan seçkiləri?
“İvanişvilinin qadınların kvotalaşdırılması ilə bağlı təqdim etdiyi qanun, 12-ci əsrdə belə dövlət başçısının qadın olduğu bir ölkə üçün, təsəvvür edilməz bir təhqir, diskreditasiya və seqreqasiyadır”, – bu barədə bəyanatı “Leyborist partiyasının” lideri Şalva Natelaşvili verdi.
“Bəlkə partiyanın o qədər qadın siyasətçisi var ki, ilk onluğa yox, 30-luğa belə qadınlar yazılır və yaxud bəlkə partiyanın hansısa mərhələdə qadın siyasətçisi heç yoxdur və bu qanuna görə, yalandan qadın mı uydurulub, yazılmalıdır?
Bu layihəyi yazan idiotlardan soruşuram – bu deputat seçkiləridir, yoxsa cinsi orqan seçkiləri? Deməli, Eliso Kiladze, Ququli Mağradze, Endzela Maçavariani və diqər qadın siyasətçilərinin başına tuz qonub. Yazıq gününüzə” – yazır Şalva Natelaşvili sosiyal şəbəkədə.