Şalva Natelaşvili - Gürcüstanın taleyi və gələcəyi ilə bağlı qərarı biz veririk və parlamentə getməyəcəyik
Şalva Natelaşvili - Gürcüstanın taleyi və gələcəyi ilə bağlı qərarı biz veririk və parlamentə getməyəcəyik

“Boykot dayandırılmayacaq və parlamentə gedilməyəcək. Yeni parlament seçkiləri və yeni demokratik parlament olacaq”, –  “Leyborist partiyasının” lideri ABŞ Dövlət Departamentinin müxalifətə müraciətinə belə səslənir.

Natelaşvilini dediyinə görə, Gürcüstanın taleyi və gələcəyi barədə qərarı gürcü xalqı verəcək.

“Strateji partnyorlarımız maksimal şəkildə bizə yardım etməyə çalışırlar, ancaq Gürcüstanın taleyi və gələcəyi barədə qərarı gürcü xalqı verir. Bunu unutmamalıyıq. Onlar bizim ölkə daxilindəki işlərimizə qarışa bilməzlər ona görə də, mən müxalifətlə görüşmək üçün Tbilisidə qalan Dövlət Katibinin müvininə çox təşəkkür edirəm, ancaq əminəm ki, Mayk Pompeonun və Dövlət Departamentinin Gürcüstanda baş verən hadisələr və rus oliqarxı tərəfindən saxtalaşdırılan seçkilər barədə xəbəri var.  Biz hakimiyyətin uzurpasiyasına izin verməyəcəyik” – dedi Şalva Natelaşvili.