Şalva Natelaşvili - Əgər xalqın istəyi varsa, baş nazir vəzifəsini tutmağa hazıram

Əgər xalqın istəyi varsa, baş nazir vəzifəsini tutmağa hazıram, – bu barədə bəyanatı “Leyborist partiyasının” lideri Şalva Natelaşvili verdi.

“Mən baş nazir olandan sonra, ikinci gün tamamilə başqa bir Gürcüstanda oyanacağıq, harda kasıb, ac qalan, işsiz və ölkədən qaçmaq istəyən vətəndaşlarımız olmayacaq” – dedi  Metexinin yanında keçirdiyi tədbirdə Şalva Natelaşvili.

Şalva Natelaşvili ictimaiyyətə majoritar namizədlərini təqdim etdi.

Telavi, Kvareli, Laqodexi və Axmetada – Nika Vardoşvili. Rustavi – Mixeil Kumsişvili, Marneuli – Əli Bədirov, Tetritskaro, Tsalka, Dmanisi, Bolnisi – Temur Tsiklauri. Mtsxetada- Giorgi Çitauri. Mtsxeta-Mtianeti -Beka Natelaşvili. Zestaponi, Tercolada – Samson Quqava. Quriyada – Davit Mamaladze və Batumidə – Tariel Kalandarişvili.

“Mən öz Nadzaladevi sakinlərimə deyirəm ki, biz sizin üçün sadəcə deputat deyil, ailə üzvü olacağıq” – dedi Şalva Natelaşvili.

Natelaşvili bəyan etdi ki, post-sovet məkanında onların partiyasının bənzəri yoxdur.

“Kim 25 il dayana bildi? Biz hər zaman xalqın yanında olduq və tariximizə sadiq qaldıq” – dedi Şalva Natelaşvili.