Şalva Natelaşvili - Bugün evdə qalmaq əsrin cinaytidir, səsimizi böyük Didqoriyə vermək şansını itirməyək
Şalva Natelaşvili - Bugün evdə qalmaq əsrin cinaytidir, səsimizi böyük Didqoriyə vermək şansını itirməyək

“Leyborist partiyasının” lideri Şalva Natelaşvili seçicilərini fəal olmağa çağırır və bəyan edir ki, bu tarixi gündə, evdə qalmaq cinayətə bərabərdir.

“Bugün tarixi gündür. Evdə qalmaq cinayətə bərabərdir. Ona görə də, hər bir seçki məntəqəsində „bugünki böyük qələbənin iştirakçıları olmalıyıq. Böyük Didqoriyə səs vermək şanısını əldən buraxmamalıyıq.

Yüksək fəallıq onu göstərir ki, vətəndaşlar vətən qarşısında və uşaqlarının gələcəyi qarşısında öz məsuliyyətlərini dərk edirlər” – dedi Şalva Natelaşvili.

Bugün Gürcüstan onuncu çağırış parlament seçkilərində iştirak edir.

2020-ci ilin parlament seçkilərində 50 siyasi subyekt iştirak edir.

30 majoritar bölqələrində ümumilikdə, 500 majoritar namizədi qeydiyyatdan keçib.