Şalva Natelaşvili - Bizi yeni seçkilərə yaxınlaşdıran hərşey məqbuldur, plebissit yaxınlaşdırırsa, o da məqbuldur
Bizi yeni seçkilərə yaxınlaşdıran hərşey məqbuldur, plebissit yaxınlaşdırırsa, o da məqbuldur, – Bu bəyanatı “Leyborist partiyasının nümayəndəsi Şalva Natelaşvili müxalifət partiyaları ilə növbəti görüşdən sonra, jurnalistlərə verdi.
Onun dediyinə görə, verilən qərarlarda bütün müxalifətin mövqeyi eynidir.
“Çox razı olaraq, deyə bilərəm ki, müxalifətin mövqeyi birdir. İvanişvilinın keçirdiyi maskarad və marazmı tanımağı düşünmürük.
Bizi yenidən seçkilərin keçirilməsinə yaxınlaşdıran nə varsa, hər şey məqbuldur, əgər bunun üçün plebissit lazımdırsa, o da məqbuldur, – dedi Şalva Natelaşvili.
Onun dediyinə görə, plebissitə Tamar Jvaniya və seçki komisiyasının üzvləri qarışmasalar, seçicilərin 80 faizi yeni seçkiləri dəstəkləyəcək.
Dünən səfirlərlə keçirilən görüşdə nəyə görə itirak etmədiyi ilə bağlı suallara isə, Şalva Natelaşvili cavab verdi ki, ona qarşı göstərilən diqqətə görə medya nümayəndələrinə təşəkkür edir.
“Mənə belə diqqət edən medya nümayəndələrinə təşəkkür edirəm. Görüşə ona görə getmədim ki, bildiyimiz bir sənədin ucundan tutub, onu hamımızın səfirlərə aparılmasına ehtiyyac yox idi” – dedi Şalva Natelaşvili.