Şalva Natelaşvili -14 əsr boyunca  bu il ilk dəfə Qarejobanı qeyd edə bilmədik,bu ərazini  prezident Əliyev  və onun silahlı qüvvələri alıblar, ilhaq,işğal və aqressiya göz qabağındadır
Şalva Natelaşvili -14 əsr boyunca  bu il ilk dəfə Qarejobanı qeyd edə bilmədik,bu ərazini  prezident Əliyev  və onun silahlı qüvvələri alıblar, ilhaq,işğal və aqressiya göz qabağındadır

 

 

  14 əsr boyunca bu il ilk dəfə  Qarejobanı  qeyd edə bilmədik və pasxa məbədinə gedə bilmədik,bu böyük abidənin əsas hissələrini,hüquqi baxımdan  razılaşdırılmış ərazini(məkanı) prezident Əliyev və onun silahlı qüvvələri alıb, ilhaq,işğal və aqressiya göz qabağındadır-bu barədə Leyborist partiyasının lideri, Şalva Natelaşvili bu gün keçirilən brifinqdə qeyd edib.

 Şalva Natelaşvilinin də  qeyd etdiyi kimi, Gürcüstan hökuməti  ikitərəfli danışıqlara başlamaq , beynəlxalq təşkilatları ayağa qaldırmaq , Əliyevin Gürcüstan ərazisindəki yüklərinə sanksiya  tətbiq etmək əvəzinə  Təhlükəsizlik Xidmətində  iş başladıb ki, bu da əgər kimsə yaranmış reallığa  səsinə çıxarar  isə, irqi fitnə salma  səbəbi ilə hər kəsi həbxana ilə təhdid edir.

“Gürcü və Azərbaycan xalqları birlikdə yaşayıblar, yaşayırlar və yaşayacaqlar. Burda söhbət hər iki xalqa zərər verən cinayətkar hökumətlərin siyasətindən gedir, buna görə də bir neçə aydan sonra, İvanişvilinin rejimi dəyişdirildikdən sonra Gürcüstanın ərazi bütövlüyünün  pozulmasına görə ömürlük həbs cəzasını  nəzərdə tutan cinayət işi açılacaq. İvanişvilinin bütün dəstəsi Gürcüstan ərazilərinin verilməsi və özgəninkiləşdirilməsi üçün məsuliyyət daşıyır.Əgər hazırda bu  həqiqəti dilə gətirmək irqi fitnə salmağa bərabərdisə , o zaman  Rusiyanın işğalında dayanmalıyıq,bunu da ola bilsin  irqi  fitnənin salınması  kimi qəbul etsinlər, abxaz  və osetin separatizmində də dayanmalıyıq, bu da ola bilsin irqi fitnənin salınması kimi qəbul edilsin. Ümumiyyətlə , hər bir ölkə, qonşusu  torpağını, ərazisini,  ibdətxanasını  əlindən alarkən, irqi fitnə salmaq kimi  sayılmaması üçün susmalıdır. Təsəvvür  edə bilirsinizmi , vətənə xəyanət əmsalı oliqarxın yaradıcılığında  haralara gedib ”-deyə Şalva Natelaşvili bildirib.

Onun sözlərinə görə, Prezident Əliyev işğal edilmiş Dağlıq Qarabağ məsələsi ilə mübarizə aparmaq əvəzinə, seçiciləri arasında,onu(Qarabağı)  geri qaytara bilmədim,lakin Gürcüstana təzyiq etdim deyə lovğalanmaq üçün gürcülərin ibadətxanalarını təzminat olaraq götürüb .

“Bu artıq bir qaydaya çevrilib, biz Əliyevin müstəmləkəsinə  çevrilmişik . Tbilisinin ortasında jurnalist Muxtarlını  Əliyevin xüsusi xidmət orqanları  qaçırdı, çağrılmış adamı  mühakimə etdilər və buna heç kim səsini çıxarmadı. Heç bir etiraz bəyanatı da verilmədi. “SOKAR”, bu mafioz  struktur, İvanişvili-Əliyevin  xüsusi xidmətidir ki,  bu da havamızı qurğuşunla çirkləndirən qaz və çirkli yanacaq çatdırılması ilə yanaşı , dövlət əleyhinə fəaliyyətlər ilə də məşğuldur.İndi isə buna Davit Qarejinin qəsb edilməsi də əlavə olundu,başa düşmürəm  müstəmləkə  deyil də nədir.Bircə bu əskik idi , böyük imperiyaların müstəmləkəsi idik, başımız var idi, indi Əliyev və Mehribanın   müstəmləkəsinə  çevrildik. Bu ayıb deyil mi? Təkcə buna görə İvanişvili və onun dəstəsi çox sərt şəkildə  mühakimə olunacaq “-deyə Şalva Natelaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan olmadan heç bir qonşu dövlət nə geosiyasi, nə mənəvi, nə də əxlaqi baxımdan mümkünlüyün sürdürə  bilməz.

“Biz bu cür işğalçı xalqla  dostluğu tanımırıq. Biz ənənəvi olaraq  yoldaş azərbaycan, erməni, rus, yəhudi, ukraynalı  və ətrafımızda olanların və ya burada bizimlə birlikdə yaşayanların dostluğunu tanıyırıq. 13 iyun 1996-cı il tarixində Gürcüstanın Xarici İşlər naziri ilə Azərbaycanın Xarici İşlər naziri arasında imzalanmış   razılaşmanı tapdıq .Buna əsasən, Azərbaycan Çiçxituri, Pasxa Monastırı və hazırda alınan bu ərazilərin  Gürcüstan ərazisi olmasını tanıyır. Hökümətin əlində belə sənədlər  və sarsılmaz hüquqi faktlar var  və onlar səssiz və utanc verici şəkildə  davranırlar.Birdə bu yandan, həbs cəzası ilə hədələnirik-  “deyə Şalva Natelaşvili bildirib.

 

Hazırladı-Sevinc Mustafayeva