Salome Zurabişvilinin andiçmə mərasimində dünyanın 55-ə qədər ölkəsinin 150-ə qədər nümayəndəsi iştirak edəcək
Salome Zurabişvilinin andiçmə mərasimində dünyanın 55-ə qədər ölkəsinin 150-ə qədər nümayəndəsi iştirak edəcək

Gürcüstanın beşinci prezidentinin Salome Zurabişvilinin andiçmə mərasimində dünyanın 55-ə qədər ölkəsinin 150-ə qədər nümayəndəsi iştirak edəcək.

Salome Zurabişvilinin andiçmə mərasimində içtirak edəcəklər: Ermənistanın prezidenti Armen Sarkisyan, Fransanın keçmiş prezidenti (2007-2012) Nikola Sarkozi, Türkiyə Respublikasının vitse-prezidenti, Azərbaycan Parlamentinin spikeri, Serbiya Milli Assambleyasının spikeri, Çexiya Tespublikasl Senatı prezidenti, Litva Seymi spikeri, Polşa Senatının marşalı və Prezident kitabxanasının rəhbəri, naziri, Moldovanın baş nazirinin müavini, Türkmənistan Ticarət və Xarici İqtisadi Əlaqələr naziri, Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit naziri, Belarus Respublikası Milli Assamleyası Şurasının sədr müavini, İsrail Parlamentinin vitse-spikeri və Xarici İşlər nazirinin birinci müavini, GUAM-ın baş katibi, Ukrayna Xarici İşlər nazirinin müavini, Qırğızıstan Xarici İşlər nazirinin müavini.

Gürcüstana gələn yüksək vəzifəli şəxslər Gürcüstan prezidenti, icraedici və qanunverici hakimiyyətin nümayəndələri ilə işçi görüşlər keçirəcəklər.

Bu gün Telavidə Gürcüstanın seçilmiş prezidenti, Salome Zurabişvilinin andiçmə mərasimi keçiriləcək.

Şərh yaz